Bu avtobusların hərəkət intervallarında gecikmələr varbackend

Bu avtobusların hərəkət intervallarında gecikmələr var

Hazırda paytaxtın Mikayıl Useynov prospektində müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələr müşahidə olunur.

KONKRET.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin Vahid Dispetçer Xidmətinin məlumatına əsasən, bu dəqiqələrdə qeyd olunan marşrut xətləri üzrə ümumilikdə 20-ə yaxın avtobus M.Useynov prospekti boyunca 20-30 dəqiqə gecikmə ilə hərəkət edirlər. Bu səbəbdən də Neftçilər prospekti, metronun “İçəri şəhər” və “28 May” stansiyaları istiqamətlərində dayanacaqlarda sərnişin sıxlığı yaranıb.

Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən isə 1, 2, 13, M8, və 38 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələr müşahidə olunur. Qeyd olunan marşrut xətləri üzrə ümumilikdə 15-ə yaxın avtobus Heydər Əliyev prospekti boyunca 20-30 dəqiqə gecikmə ilə hərəkət edirlər. Bu səbəbdən də Mehdi Mehdizadə və Ağa Neymətulla küçələrində metronun “N.Nərimanov” və “28 May” stansiyaları istiqamətlərində dayanacaqlarda sərnişin sıxlığı yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*