Bu ay ikinci Günəş tutulması olacaqbackend

Bu ay ikinci Günəş tutulması olacaq

Oktyabrın 25-də ikinci Günəş tutulması baş verəcək.

KONKRET.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, universitetin Astrofizika kafedrasından verilən xəbərə görə, tutulma qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59-da başlayacaq və 16:30-da sona çatacaq. Tutulmanın maksimumu 15:17-də olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*