“Bu baş versə, Qərb bloku, Avropa Birliyi və NATO dağılacaq” – ŞOK AÇIQLAMAbackend

"Bu baş versə, Qərb bloku, Avropa Birliyi və NATO dağılacaq" - ŞOK AÇIQLAMA

“Ukrayna sülh formulu kontekstində genişmiqyaslı müharibənin həlli üçün müxtəlif variantları nəzərdən keçirməyə hazırdır, lakin yalnız Ukraynanın ərazi bütövlüyünə hörmət və beynəlxalq hüquq normalarına riayət etmək şərtilə”. Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

O bildirib ki, ilk növbədə Ukrayna qalib gəlməli və sülh üçün şərait yaratmalıdır. İlk baxışdan Ukrayna rəsmisinin bu şərti ilə Rusiyanın razılaşacağı real görünmür. O zaman Yermakın belə bir fikir səsləndirməsinin kökündə hansı məqamlar dayanır?  Ümumiyyətlə, Ukraynanın müharibədə qalib gəlməsi və öz şərtini diqtə etməsi mümkündürmü ?

Mövzunu KONKRET.az-a şərh edən Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bilidirb ki, Ukrayna və Rusiya arasında sülhün imzalanmasının başlıca şərti Moskva və Kiyevin ərazi bütövlüyünün təmin olunmasıdır:

Sədrəddin Soltan: “Qazaxıstanın bir çıxış yolu qaldı” | KONKRET

“Çünki Ukrayna Kurskun müəyyən hissəsini nəzarətə götürməklə Rusiya ərazisinə girib. Rusiya isə Ukraynanın ərazilərinin böyük hissəsini işğala məruz qoyub. Bu baxımdan sülhün başlıca şərti ərazi bütövlüklərinin bərpa olunmasıdır. Yermakın açıqlamasının əsasında ilk növbədə “Qərbin Ukraynadan əl çəkdiyi”, “Ukraynanın müharibəni dayandıracağı”, “Qərbin Rusiya ilə anlaşmaya gedəcəyi” ilə bağlı fikirlərə bir cavab dayanır. Yermak vurğulayır ki, Ukrayna öz ərazi bütövlüyü bərpa olunana qədər müharibəni davam etdirəcək. Kiyevin başlıca hədəfi suverenliyini təmin etməkdir və Qərb bu məsələdə Ukraynanı axıra qədər dəstəkləyəcək. Rusiya isə Ukrayna ərazilərini tərk edəcək. Bu məqamlar Yermakın açıqlamasının əsasını təşkil edir”.

Politoloqun sözlərinə görə, bu, təkcə Rusiya Ukrayna müharibəsi deyil:

“Bu, həm də Qərblə Rusiya, Çin və İranın müharibəsidir. Başqa sözlə, Rusiya və ətrafındakı qüvvələr, ABŞ və müttəfiqləri ilə savaşır. Odur ki, bunu Qərb və Şərq müharibəsi kimi də adlandıra bilərik. Sözügedən müharibədə Ukraynanın Qərbə inteqrasiya etmək istəyi onu vasitəyə çevirib. Ukrayna tək Rusiya ilə yox, həm də Çin, İran və Şimali Koreya ilə müharibə edir. Odur ki, bu müharibəni adi bir savaş kimi dəyərləndirmək olmaz. Müharibədə Ukraynanın geri çəkilməsi Qərbin məğlubiyyəti və Qərb blokunun, Avropa Birliyinin, NATO-nun, Qərb ideyalarının dağılması, yaxud zəifləməsi demək olacaq. Müharibə hazırda davam edir və hələ ki, Ukrayna müqavimət göstərir. Hesab edirəm ki, qarşıdan gələn dövrdə Ukraynanın müqaviməti daha da kəskinləşəcək. Çünki Ukrayna və Rusiyanın dəstəkçiləri açıq oynayır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*