Bu binada Azərbaycan bayrağı proyeksiya olundu – VİDEObackend

Bu binada Azərbaycan bayrağı proyeksiya olundu - VİDEO

Tarixi qələbənin birinci ildönümü münasibətilə 8 Noyabr – Zəfər günündə Heydər Əliyev prospektində yerləşən Milli Hidrometeorologiya Xidmətinin binasının üzərində hazırda xüsusi işıqlandırma ilə dövlətimizin qüdrətinin atributu və qələbə rəmzimiz olan Azərbaycan bayrağı proyeksiya olunur.

Bu barədə KONKRET.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova məlumat verib.

Bildirilib ki, 9 Noyabr – Bayraq Günündə də Dövlət bayrağımız binanın üzərində dalğalanacaq. Sonrakı günlərdə isə gündəlik hava məlumatları əks olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*