Başqırdıstan millətçiləri silahlı müqavimət göstərirlər.
KONKRET.az xəbər verir ki, bu barədə Başqırdıstan millətçilərinin liderlərindən biri Ruslan Qabbasovla danışan Rusiyanın “Verstka” nəşri yazıb.
Başqırd millətçiləri səfərbərliyə cavab olaraq silahlı müqavimət göstərirlər və respublikanın Rusiyadan ayrılması şüarları altında silahlı müqavimət göstərirlər,
Nəşr bu iki hərəkatdan bəhs edir. Hərəkatlardan biri Ruslan Qabbasovun rəhbərlik etdiyi “Başqırd Milli Siyasi Mərkəzi” və ya “Başnatspolit” hərəkatıdır. Digəri isə Ukraynadakı müharibə fonunda anonim başqırd partizanlarının rəhbərlik etdiyi hərəkatdır. Partizanlar “avtoxton əhalinin gizli etnosidi” aktının dayandırılmasını tələb edirlər. Onlar hərbi komissarlıqları, “Vahid Rusiya”nın idarələrini yandırmağa çağırırlar
Ruslan Qabbasovun “Başnatspolit” təşkilatı və tərəfdarları Başqırdıstanın suverenliyinə nail olmaq istəyirlər.
Qabbasov bildirib ki, səfərbərlik başlayandan sonra bir çox başqırd fəalı Rusiyanı tərk edib.
“Onlar hesab edirlər ki, bu, bizim müharibəmiz deyil. Başqırdılar niyə Ukraynada “rus dünyası” uğrunda ölməlidirlər?”, – deyə o bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
