Bu ərazi minalardan tam təmizləndibackend

Bu ərazi minalardan tam təmizləndi

Cəbrayıl rayonunda yerləşən və 200 hektar ərazini əhatə edən Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.

Bu barədə KONKRET.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, artıq Sənaye Parkının konseptual planı (Baş plan) hazırdır və yaxın günlərdə Parkın 1,5 hektarlıq hissəsində mobilizasiya şəhərciyinin salınması işlərinə başlanılması nəzərdə tutulur. Hazırda mobilizasiya şəhərciyi yerləşəcək ərazinin hamarlanması və kipləşdirilməsi işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*