Bu ərazilərdə işıq olmayacaqbackend

Bu ərazilərdə işıq olmayacaq

Bakı şəhəri Yasamal rayonu ərazisində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

KONKRET.az bu barədə “Azərişıq” ASC-yə istinadən məlumat verir.

Məlumatda qeyd edilib ki, rayonun xidməti ərazisində yerləşən 669 saylı transformator məntəqəsində yenidənqurma və cari təmir işləri aparılacaq.

Bu səbəbdən də Zahid Xəlilov, Bəxtiyar Vahabzadə və Şəhriyar küçələrinin bəzi ərazilərində 21 aprel saat 10.30-dan 12.00-dək elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*