Prezident İlham Əliyev Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
KONKRET.az xəbər verir ki, Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə ilkin olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üçün 1,4 milyon (bir milyon dörd yüz min) manatı vəsait ayrılıb.
