Sentyabrın 13-ü saat 14:00-a olan məlumata əsasən əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az -a verilən xəbərə görə, Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 11, Cəlilabadda 10, Astarada 6 mm-dək qeydə alınıb.
