“Bu ermənilər sülhməramlılara pul verib mal keçirir, qazanc əldə edirlər” – Vardanyan qarpız alverini açıqladıbackend

“Bu ermənilər sülhməramlılara pul verib mal keçirir, qazanc əldə edirlər” - Vardanyan qarpız alverini açıqladı

“Qarabağda yolverilməz vəziyyət yaranıb. Yüksək rütbəli vəzifəli məmurlarla əlaqəsi olan bir dəstə adam sülhməramlılarla razılaşaraq mal gətirir və böyük pullar qazanır”. 

KONKRET.az xəbər verir ki, bu sözləri Xankəndində qeyri-qanuni yaşayan milyarder, sabiq “dövlət naziri” kimi qələmə verilən separatçı Ruben Vardanyan bildirib.

Onun sözlərinə görə, həmin adamlar pul qazanmaq üçün Xankəndinə və Qarabağa qarpız və ya digər bu kimi ikinci dərəcli mallar gətirirlər.

Vardanyan deyib ki, bu bir dəstə işbaz üçün daha bir neçə yüz adam maaş müqabilində işləyir. Bir neçə min adam isə bu malları alır. “Əgər dekabrda gündə 3 belə maşın keçirdisə, indi onların sayı 16-ya çatıb. Bu məhsullar hamı üçün əlçatan deyil”.//Azpostinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*