Niderlandın baş naziri Mark Rutte Qəzza, Ukrayna və qeyri-qanuni miqrasiya da daxil olmaqla bir sıra məsələləri müzakirə etmək üçün çərşənbə günü Böyük Britaniyaya səfər edib.
KONKRET.az xəbər verir ki, səfər çərçivəsində Rutte Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşüb.
Sunak Rutteni qarşılamaq üçün nazirlik binasından çıxıb. Lakin fotoqraflara poza verdikdən dərhal sonra liderlər 10 nömrəli binaya daxil ola bilməyiblər, çünki qapı içəridən kilidlənib.
Qısa çaşqınlıqdan sonra qapı içəridən açılıb və iki lider gülümsəyərək gecikmə ilə də olsa içəri daxil olublar.