Məktəblərin ətrafında avtomobili düzgün park etməyən sürücülər cərimələnib. Nəqliyyat vastələrinə və piyadalara mane olan maşınlar evakuatorla cərimə meydançalarına aparılıb. Konkret.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin ərazilərdə xidmət aparan əməkdaşları ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş rejimdə işləyib. Bakıda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərə cərimə yazılıb. Hərəkətə mane olan nəqliyyat vasitələri ərazidən yol polisi tərəfindən təxliyə olunub.
Konkret.az