“Bu halda dövlətlərin əlində cəmləşən valyutalar heç nəyə yaramayacaq” – İLGİNC AÇIQLAMAbackend

“Bu halda dövlətlərin əlində cəmləşən valyutalar heç nəyə yaramayacaq” – İLGİNC AÇIQLAMA

Prezident İlham Əliyevin səsləndirdiyi “ərzaq böhranı artıq qapıdadır” fikiri əslində dünya dövlətlərinə bir mesaj idi. Ölkə başçısı bununla dünyada ərzaq böhranının və qıtlığın yaxınlaşdığına diqqət çəkmək istədi. Dövlət başçısı həmçinin istehsalçılarla istehlakçılar arasında balans və stabil bazar yaratmağın vacibliyin diqqət çəkdi.

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Elman Sadıqov bildirib ki, hər bir əmtəənin özünün təyinatı və insanların yaşayışında rolu var: “Enerji və ərzağın dünya bazarında çatışıb-çatışmaması bir-biri ilə əlaqəli deyil. Yəni hava şəraitindən və ya təbii fəlakətlərdən, eləcə də müharibələrdən asılı olaraq dünyada ərzaq qıtlığının yaranması mümkündür. Amma eyni şeyi biz enerji sahəsində hiss etməyə bilərik. Tamamilə doğrudur ki, hansısa bir ölkənin neftinin mövcudluğu, həmin dövlətin hər şeyi həll etmək iqtidarında olduğuna dəlalət etmir. Bir ərzağın qiyməti baha olsa, həmin məhsulu istənilən ölkə öz valyutası ilə ala bilər. Amma biri də var ki, dünyada tədarük zəncirləri qırılır, yaxud bugünki kimi Ukraynanın taxılı dünya bazarına çıxa bilmir və ya Rusiya buğda ixracına limit qoyur. Belə olan halda ciddi şəkildə qıtlıq yarana bilər. Ərzaq qıtlığı yarandıqda isə pul heç bir rol oynamır. Yəni Prezident əslində bəşəriyyətə bir mesaj verdi. Bu mesaj ondan ibarətdir ki, bəzi məsələlərdə pul problemi həll etmir. Bu məsələlərdən biri də ərzaq qıtlığıdır”.

Ucuz valyuta inkişafa həmişə qarant verirmi? – ELMAN SADIQOV YAZIR… - FED.az

Ekspert əlavə edib ki, əgər dünyada qıtlıq olarsa, ölkələr ərzaq təhlükəsizliyi riskinə məruz qalarsa, bu zaman dövlətlərin əlində cəmləşən valyutalar heç nəyə yaramayacaq: “Qara qızıl”ın qiyməti qalxanda bazara əlavə neft çıxarmaq, istehsalı artırmaq üçün tədbir görmək mümkündür. Amma ərzaq elə bir şeydir ki, 5-10 günün içərisində əkin-biçin etməklə çatışmazlığı aradan qaldırmaq olmur. Bunun üçün vaxt lazımdır. Yəni ərzaq qıtlığı yaransa, bunu qısa müddətdə aradan qaldırmaq mümkün deyil. Əksinə enerji böhranını həll etmək daha asandır. Resurs ölkəsi dedikdə daha çox neft və qaz nəzərdə tutulur. Amma bu o demək deyil ki, hansısa ölkənin enerji resursu yaxud çoxlu pulu varsa, həmin dövlət ərzaq qıtlığından asanlıqla xilas ola bilər. Prezident bütün bu problemləri bir-birindən ayırmağın vacib olduğunu diqqətə çatdırdı”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*