“Azərbaycanın qeyri-neft sektorunun ixracı artır. Bu ilin 8 ayında qeyri-neft ixracının dəyəri 1,58 milyard ABŞ dollarından çox olub”.
KONKRET.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,1% artım deməkdir. 2021-ci ilin sonuna qədər qeyri-neft ixracının 2 milyard dolları ötəcəyi proqnozlaşdırılır”, – deyə o qeyd edib.
