Bu il Məhərrəm ayı nə vaxt başlayacaq? – Tarix AÇIQLANDIbackend

Bu il Məhərrəm ayı nə vaxt başlayacaq? - Tarix AÇIQLANDI

Bu il Azərbaycanda Məhərrəm ayı Miladi təqvimi ilə avqustda başlayacaq.

KONKRET.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Vüsal Cahangiri lent.az-a bildirib ki, bu il ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimi ilə avqustun 21-nə təsadüf edir.

Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq.

Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür.

Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq.

QMİ əməkdaşı onu da bildirib ki, bu il Qurban bayramı iyulun 31-nə təsadüf edir.

  • Lalə
    May 27, 2020 - 16:12

    Məlumat üçün çox təşəkkür edirik.Bilən məlumatını verib .Müzakirəyə ehtiyac yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*