Bu il neftin orta qiyməti bu qədər olacaq – AMB sədribackend

Bu il neftin orta qiyməti bu qədər olacaq - AMB sədri

2026-cı və 2027-ci illərdə cari əməliyyatların profisitinin müvafiq olaraq 5.5 və 4.4 milyard ABŞ dolları ətrafında olacağı proqnozlaşdırılır. Bunun başlıca səbəbi Mərkəzi Bank tərəfindən 1 barrel neftin və 1000 kub metr qazın orta illik qiymətinin yuxarı doğru reviziyasıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.

O qeyd edib ki, 2026-cı ildə neftin orta illik qiymətinin 84.5 dollar olacağı proqnozlaşdırılır. 1000 kub qazın qiymətinin isə 324 dollar olacağı gözlənilir. Bu göstəricilərin 2027-ci il üçün 74.5 və 290 dollar səviyyəsində olacağı proqnolaşdırlır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*