Bu istiqamətdə əlavə qatar reysləri təyin edildibackend

Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 26, 27, 28 və 29 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

KONKRET.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:12-də yola düşəcək.

Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olar.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və yaxud “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*