Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ markalı minik avtomobili idarəetmədən çıxaraq yük avtomobilinə arxadan çırpılıb. Qəza zamanı avtomobildə olan ailənin 5 üzvü xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb, hazırda onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
