“Bu, kapitulyasiyadır” – Anna Qriqoryanbackend

“Bu, kapitulyasiyadır” – Anna Qriqoryan

“Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası üzrə səlahiyyətli orqanının Tavuş rayonunun kəndlərinin Azərbaycana təslim edilməsi ilə bağlı qərarı yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu aprelin 15-də Milli Assambleyada keçirilən ənənəvi brifinqdə “Ermənistan” müxalifət blokundan olan deputat Anna Qriqoryan deyib.

Onun sözlərinə görə, ərazilərin qaytarılması qərarı başqa səviyyələrdə həll edilib.

“Sənədin 9 noyabr 2020-ci il tarixli ilkin variantında bu ərazilərin təhvil verilməsindən bəhs edilib. Son versiyada isə bu bölmə çıxarılıb”.

Deputatın sözlərinə görə, Ermənistanın bu birtərəfli güzəşti əslində kapitulyasiyadır.

Natiq Səlim,

KONKRET

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*