Bu marketdə saxta araqlar satılırmış – FOTOLARbackend

Bu marketdə saxta araqlar satılırmış - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Astara rayonunun Şiyəkəran kəndində fiziki şəxs Aynura Hacıhüseyn qızı Bağırovaya məxsus “Dolu” marketdə keçirilmiş yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu müəyyən ediblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən KONKRET.az-a verilən məlumata görə, marketdə yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları və mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, mənşəyi məlum olmayan saxta alkoqollu içkilər araşdırılması üçün aidiyyəti orqana göndərilib.

  • Bu marketdə saxta araqlar satılırmış - FOTOLAR
  • Bu marketdə saxta araqlar satılırmış - FOTOLAR
  • Bu marketdə saxta araqlar satılırmış - FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*