“Bu məsələdə Azərbaycan və Türkiyə digər dövlətlərə nümunə oldu” – ŞƏRHbackend

“Bu məsələdə Azərbaycan və Türkiyə digər dövlətlərə nümunə oldu” – ŞƏRH

Rusiyanın Ukraynada apardığı müharibə beynəlxalq münasibətlərə ağır zərbə vurmaqla yanaşı dövlətlərin, siyasi liderlərin maraqları uğrunda nələr edə biləcəyini  bir daha ortaya qoydu. Bununla yanaşı müharibədə haqlının yanında olub işğalçını sülhə dəvət edən tərəflər də var.  Müharibənin gedişatı göstərdi ki, regionda sülhün və sabitliyin bərqərar olmasını ən çox istəyən dövlətlər məhz Türkiyə və Azərbaycandır.  Tərəflər arasında danışıqlar prosesinin Türkiyədə baş tutması heç də təsadüfi deyil. Odur ki, müharibədə Azərbaycan və Türkiyənin rolunun vacibliyi daha yaxşı başa düşülməlidir.

Bəs görəsən, bu müharibə Türkiyə və Azərbaycana hansı dividentlər qazandırdı?

Mövzu ilə bağlı KONKRET.az-a suallarını politoloq Elçin Mirzəbəyli cavablandırıb. O bildirib ki, Qardaş ölkə Türkiyənin və Azərbaycanın müharibə dövründə davranışları digər dövlətlərə nümunə oldu: “Rusiya-Ukrayna müharibəsində Türkiyənin həlledici rol oynadığını dünyanın aparıcı beynəlxalq təşkilatları və dövlətlərinin rəhbərləri etiraf edir. Avropa İttifaqının Komissiya Sədri də qardaş ölkənin regionda sülhün təmin edilməsində oynadığı rolun əhəmiyyətindən danışmışdı. Türkiyənin dialoqa və sülhə xidmət edən mövqeyi əslində bu gün yaranan problemlərin çözülməsi üçün ən optimal yoldur. Türkiyə NATO ilə normal münasibətlərini qoruyub saxlamaqla yanaşı beynəlxalq hüququn və haqqın yanında oldu. Əslində bu, digər dövlətlərə nümunədir”.

Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək” - 17.10.2017,  Sputnik Azərbaycan

Politoloq fikirlərinə belə davam edib: “Azərbaycan da, bu məsələdə Türkiyə ilə eyni mövqedən çıxış etdi. Azərbaycan müharibədən əziyyət çəknələrə humanitar yardım göndərdi. Hər iki dövlətin prosesdəki rolunu müsbət dəyərləndirmək lazımdır. İki ölkənin ortaya qoyduğu yanaşma tərzi gələcəkdə beynəlxalq münasibətlər sisteminin daha ədalətli olmasına xidmət edə bilər“.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*