“Bu müharibə Rusiyanın qələbəsi ilə bitə bilməz”backend

"Bu müharibə Rusiyanın qələbəsi ilə bitə bilməz"

“Rusiya işğalçıdır, azad dünya Kiyevə kömək etməlidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Polşa Prezidenti Anjey Duda rəsmi “X” hesabında yazıb:

“Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı mənim hərəkətlərim və mövqeyim ilk gündən məlumdur: Rusiya beynəlxalq hüququ pozur, təcavüzkar və işğalçıdır. Rusiyanın Ukraynaya hücumu və Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, o cümlədən Krımı işğal etməsi cinayətdir. Bu müharibə Rusiyanın qələbəsi ilə bitə bilməz. Rusiya imperializmi dayandırılmalı, məğlub edilməli və gələcək üçün bloklanmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*