Bu ölkə “AstraZeneca” ilə vaksinasiyanı dayandırdı – Təsirsizdirbackend

Bu ölkə “AstraZeneca” ilə vaksinasiyanı dayandırdı - Təsirsizdir

CAR səlahiyyətliləri Britaniya-İsveç əczaçılıq şirkəti “AstraZeneca” tərəfindən istehsal olunan koronavirus peyvəndi ilə vaksinasiya prosesini dayandırıb.

KONKRET.az reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Zveli Mkxize məlumat verib.

O, tədqiqatlarda bu peyvəndin koronavirusun “Cənubi Afrika ştammı”na qarşı aşağı effektivlik göstərdiyini bildirib.

Hazırda səlahiyyətlilər istehsalçıdan əlavə tövsiyələr gözləyirlər.

Nazir vurğulayıb ki, buna baxmayaraq, peyvənd proqramı ləğv edilmir:

“Gələn həftədən başlayaraq dörd həftə ərzində “Johnson & Johnson”, “Pfizer” peyvəndlərini gözləyirik. Bu peyvəndlər səhiyyə işçilərinin istifadəsinə veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*