Bu ölkə “Facebook”u 6 milyon dollar cərimələdi – SƏBƏBbackend

Bu ölkə "Facebook"u 6 milyon dollar cərimələdi - SƏBƏB

Cənubi Koreya hökuməti konfidensial məlumatların qorunması qanunu pozduğuna görə Facebook şirkətini 6 milyon dollar dəyərində cərimələyib.

KONKRET.az “technote”a istinadən xəbər verir ki, istifadəçilər öz “Facebook” hesabları vasitəsilə kənar servislərə daxil olan zaman şirkət onların konfidensial məlumatlarını üçüncü tərəflərə ötürübmüş.

Qeyd edək ki, 6 il ərzində “Facebook” şirkəti öz istifadəçilərinin razılığı olmadan onların konfidensial məlumatlarını biznes operatorlara ötürüb.

Bu, Cənubi Koreya tarixində kənar ölkənin şirkətinə qarşı tətbiq olunmuş ilk sanksiyadır. 2012-ci ildən 2018-ci ilə kimi Facebook şirkəti 3.3 milyon koreyalı istifadəçinin konfidensial məlumatlarını üçüncü tərəflərə ötürüb. Bundan əlavə olaraq həmin şəxslərin Facebook-dakı dostlarının konfidensial məlumatları da üçüncü tərəflərə ötürülürdü və bu məsələdə həmin istifadəçilərin razılığı əldə olunmurdu. Ötürülmüş konfidensial məlumatlar arasında istifadəçilərin adları, ünvanları, doğum tarixləri və sosial şəbəkədə qeyd etdikləri münasibət statusu olub.lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*