Bu ölkə milli xörək “indeksi”nin nəşrinə başladı – NÜMUNƏVİ ADDIMbackend

Bu ölkə milli xörək "indeksi"nin nəşrinə başladı - NÜMUNƏVİ ADDIM

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistan Dövlət Statistika Komitəsi özbək plovunun ölkənin hər bölgəsində ortalama qiyməti olan “plov indeksi”ni yayımlamağa başlayıb.

Bunu təyin etmək üçün bir kiloqram yeməyin hazırlanmasında istifadə olunan məhsulların tərkibi və qiyməti öyrənilib və bunların siyahısı tərtib edilib. Ferqanə xəbər agentliyinin məlumatına görə, plovun tərkibinə 1 kiloqram düyü, 1 kiloqram yerkökü, 700 qram mal əti, 300 qram bitki yağı, 300 qram soğan, 100 qram noxud, 50 qram kişmiş, 10 qram ədviyyat və 5-10 qram duz daxildir.

Aydındır ki, göstərilən sayda məhsuldan bir kiloqramdan çox plov ala bilərsiniz, ancaq bu nisbətlər əsas götürülüb. Yeri gəlmişkən, bu indeks hər bölgədəki böyük iaşə müəssisələrində plovun qiymətini müəyyən edəcək.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, aşın hazırlanması Səmərqənd vilayətinin sakinlərinə ən çox –  20 min som (2 dollar) və hər kiloqram üçün 140 min soma (14,7 dollar) başa gələcək. İkinci yerdə Buxara bölgəsi – 16 min ($ 1.7) və 112 min ($ 11.7), üçüncü yerdə Daşkənd – 15.4 min ($ 1,6) və 107.8 min ($ 11.3) som təşkil edir. Ən ucuz plov Surxandaryo bölgəsində – 11,6 min (1.2 dollar) və 81.6 min ($ 8.6) som olacaq.

Qeyd edək ki, dünyanın ən məşhur qeyri-ənənəvi iqtisadi göstəricilərindən biri də məşhur McDonalds burgeri olan Big Mac indeksidir. Bu indeks fərqli ölkələrdəki valyutaları müqayisə etməyə və hansının daha çox qiymətləndirildiyini və ya az qiymətləndirildiyini başa düşməyə imkan verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*