Bu ölkə prezidentinin G20 sammitində vəziyyəti pisləşdibackend

Bu ölkə prezidentinin G20 sammitində vəziyyəti pisləşdi

Argentina Prezidenti Alberto Fernandes Balidə G20 sammitinin açılışından sonra yüksək təzyiq və başgicəllənmə səbəbilə həkimə müraciət edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb:

“Bu gün Argentina Prezidenti Alberto Fernandes yüksək qan təzyiqi və başgicəllənmədən şikayət edib. Bununla bağlı diaqnostik müayinənin keçirilməsi qərara alınıb”.

Mətbuat xidməti daha əvvəl bildirib ki, Fernandes sammitin açılış mərasimində iştirak edib.

“Clarin” qəzetinin məlumatına görə, görüşün ilk günündə prezidenti Argentinanı xarici işlər naziri Santyaqo Kafiero təmsil edəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*