Bu ölkə Tanzaniya təyyarəsinə HƏBS QOYDU – SƏBƏBbackend

Bu ölkə Tanzaniya təyyarəsinə HƏBS QOYDU - SƏBƏB

Niderlandda borca görə Tanzaniya Hava Yollarının təyyarəsinə həbs qoyulub.

KONKRET.az xəbər verir ki, bu barədə “The Citizen” qəzeti məlumat yayıb.

Bildirilib ki, İsveçin “EcoDevelopment” şirkəti 2017-ci ildə milyonlarla dollar sərmayə qoyduğu Tanzaniyadakı şəkər layihəsinin ərazisinin onlara verilməməsindən sonra İnvestisiya mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəzə (ICSID) müraciət edib. 165 milyon dollar təzminat qazanan şirkət Niderland məhkəməsinə müraciət edərək “Air Tanzania”ya məxsus  təyyarəni ələ keçirib.

Qeyd edək ki, Tanzaniyanın ədliyyə naziri Eliezer Feleşi həbs qərarının qanunsuz olduğunu bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*