Bu ölkə Ukraynaya “Javelin” raketləri verdibackend

Bu ölkə Ukraynaya "Javelin" raketləri verdi

Estoniya Ukraynaya tank əleyhinə “Javelin” raketləri də daxil olmaqla, yeni hərbi yardım paketini təqdim edib.

KONKRET.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Estoniyanın dekabrda aldığı “Javelin” raketləri artıq Ukraynaya çatdırılıb. Yardım paketinə, həmçinin pulemyotlar, atıcı silahların sursatları, müxtəlif yerüstü və su avadanlıqları daxildir.

2022-ci ildən bəri Estoniya Ukraynaya ümumilikdə təxminən 500 milyon avro və ya ümumi daxili məhsulunun təxminən 1,4 faizi həcmində hərbi yardım göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*