Bu ölkədə 7.7 bal gücündə zəlzələ – ölənlərin sayı 38 nəfərə çatdı backend

Bu ölkədə 7.7 bal gücündə zəlzələ - ölənlərin sayı 38 nəfərə çatdı 

İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə çatıb.

Bu barədə BBC yerli rəsmi qurumlara istinadən xəbər yayıb.

***09:00

İndoneziya sahillərində Flores adası yaxınlığında 7,7 bal gücündə güclü zəlzələ olub.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Güclü zəlzələ nəticəsində ölənlərin sayı 5 nəfərə yüksəlib. Bu barədə “Reuters“ Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru Emanuel Melkiades Laka Lenaya istinadən məlumat yayıb.

Sunami xəbərdarlığı edilib.

Xatırladaq ki, İndoneziyada bu il aprelin 1-də 7,4 bal gücündə zəlzələ baş vermiş və sunamiyə səbəb olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*