Bu ölkədə birgünlük nikahlar geniş yayılıb – SƏBƏBbackend

Bu ölkədə birgünlük nikahlar geniş yayılıb - SƏBƏB

Çinin Hebey əyalətinin kəndlərində əcdadlarının yanında dəfn olunmaq istəyən subay kişilər arasında birgünlük nikahlar populyarlaşır. 

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, subaylar ata-baba məzarında dəfn olunmaq üçün “peşəkar gəlinlərə” 500 dollar ödəyir.

Məlumata görə, Çinin bəzi əyalətlərində belə bir inanc var ki, arvad tapa bilməyən yoxsul kişilər ailə məzarında basdırıla bilməz.

Çoxları inanır ki, ata-baba məzarına dəfn edilən kişiləri axirətdə ailənin nəsli qoruyacaq.

Qeyd olunub ki, bu bölgədə birgünlük nikahlar beş-altı il bundan əvvəl məşhurlaşıb.

Birgünlük evliliklər təşkil edən Vu bildirib ki, yanında bir neçə peşəkar gəlin çalışır. O, gəlin kirayələmək üçün kişilərdən 500 dollar, vasitəçilik haqqı olaraq isə təxminən 150 dollar alır.

Belə ki, gəlin toy mərasimində iştirak edir və kişi ilə birlikdə onun əcdadlarının məzarını ziyarət edir. Bununla da onlar öz “evliliyi” barədə əcdadlarına məlumat verirlər.

Vunun sözlərinə görə, “gəlinlərin” əksəriyyəti dayə və ya masajçılardır.

Özünü Tian kimi təqdim edən gəlinlərdən biri bildirib ki, ərini və oğlunu saxlamaq üçün pula ehtiyacı var. O, masaj salonu sahibi kimi ayda bir neçə min yuan qazanır. Tianın dediyinə görə, ailəsi onun part-time işindən xəbərsizdir. Çünki o, “toylarda” ağır makiyaj və parik taxaraq kimliyini gizlətməyə çalışır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*