Bu ölkədə məmurların maaşı kəsiləcəkbackend

Bu ölkədə məmurların maaşı kəsiləcək

Hindistan hökuməti koronavirusla əlaqədar maaşların azaldılmasına qərar verib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Teleradioyayım naziri Prakaş Cavadekar məlumat verib.

Onun sözlərinə görə, Baş Nazir, hökumət üzvləri, Prezident, vitse-prezident və deputatlarının maaşlarının 30 faizi yardım fonduna köçürüləcək.

Qeyd edək ki, Hindistan hökuməti mart ayının sonlarında Koronavirusla Mübarizə Fondu yaradıb. Fonda Baş Nazir rəhbərlik edir. Müdafiə naziri, Daxili İşlər naziri və Maliyyə naziri fondda təmsil olunurlar.

Xatırladaq ki, Hindistanda indiyədək 4067 nəfər koronavirusa yoluxub.

unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*