Bu ölkədə məscid və məktəblər bağlandıbackend

Bu ölkədə məscid və məktəblər bağlandı

İordaniyada koronavirus pandemiyasının sürətlə yayılması ilə əlaqədar sentyabrın 17-dən etibarən məscid, kilsə, təhsil müəssisələri, bazarlar, kafe və restoranlar bağlanıb. 

KONKRET.az xəbər verir ki, bunu ölkənin Kütləvi İnformasiya Vasitələri ilə əlaqələr üzrə naziri Əmcad Adayla bildirib.

Onun sözlərinə görə, qadağalar iki həftə qüvvədə olacaq: “Kiçik bazarlar bağlı qalacaq, böyük ticarət mərkəzləri üçün karantin rejimindən sonra xüsusi rejim tətbiq ediləcək”.

Təhsil naziri Taysir Nuaymi isə bildirib ki, bütün təhsil müəssisələri – dövlət, özəl, BMT-nin Fələstin qaçqınlarına yardım agentliyinin təhsil müəssisələri, hərbi məktəblər, uşaq bağçaları bağlı olacaq.

Bundan başqa, kafe və restoranlarda yerində xidmət qadağan olunub, çatdırılma xidməti isə açıq olacaq.

Qeyd edək ki, indiyədək İrodaniyada 3 852 nəfər koronavirusa yoluxub. Onlardan 26 nəfəri ölüb, 2 349 pasiyent isə sağalıb. virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*