2026-cı ildə İspaniyada anomal isti hava şəraiti nəticəsində 3,8 mindən çox insan həyatını itirib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes Madriddə keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, cari ildə baş verən meşə yanğınları ölkə ərazisinin təxminən 150 min hektarını məhv edib, 13 nəfər isə yanğınlar nəticəsində həlak olub.
“Qiymətləndirmələrə əsasən, İspaniyada istilərlə əlaqədar ölənlərin sayı 3,8 mini ötüb”, – deyə Sançes bildirib.
Baş nazir vurğulayıb ki, iqlim böhranı ən çox həssas əhali qruplarına təsir göstərir. Onun sözlərinə görə, yaşlılar, uşaqlar, yüksək temperatur şəraitində çalışan insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər bu risklə daha çox üzləşirlər.
Müşviq Tofiqoğlu
KONKRET.az
