Bu ölkədə naməlum xəstəlik yayılır: 10-u uşaq olmaqla 18 nəfər ÖLÜBbackend

Bu ölkədə naməlum xəstəlik yayılır: 10-u uşaq olmaqla 18 nəfər ÖLÜB

Pakistanın Karaçi şəhərində son 2 həftədə tənəffüs çatışmazlığına səbəb olan naməlum xəstəlikdən azı 10-u uşaq olmaqla 18 nəfər ölüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, xəstəlik Karaçinin Kimari rayonunda yayılır.

Rəsmilər bölgədə neft, yağ və dəmir zavodlarının fəaliyyət göstərdiyini bildiriblər.

Xəstələrdə müşahidə olunan tənəffüs çatışmazlığına bu müəssisələrdən çıxan zəhərli qazların səbəb olduğu düşünülür.

Məlumata görə, istintaq çərçivəsində bölgədə fəaliyyət göstərən 3 zavod bağlanıb, 4 nəfər isə saxlanılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*