“Şəki yaylası”nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər.
KONKRET.az xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib.
Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizlik yoxlamasından keçdiyi qeyd olunub.
Həmçinin bildirilib ki, hadisə trosun qırılmasından deyil, güclü küləkdə “zipline”nın roliklərinin çıxması səbəbindən baş verib. Nəticədə təlaşlı vəziyyətdə olan gənclər hündürlükdən yerə yıxılaraq həyatlarını itiriblər:
Sübut əhəmiyyəti olan bütün sənədlər Şəki Rayon Prokurorluğuna təhvil verilib.
Ətraflı süjedə:
