Nəcəf Nəcəfovun məzarından barelyef oğurlanıb.
KONKRET.az anews.az-a istinadən bildirir ki, bu barədə sentyabrın 9-u səhər tezdən məlum olub. Vandalizm aktı İkinci Fəxri xiyabanda (Qurd qapısı) baş verib.
Bürünc barelyef başdaşının üzərinə quraşdırılmış “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirir. Nəcəf Nəcəfov 80–90-cı illərdə hər iki qəzetin redaktoru, sonradan isə milli azadlıq hərəkatının liderlərindən biri olub.
Elçibəy hökumətində o, prezidentin müşaviri postunu tutub.
1999-cu ildə vəfat edib.
2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı böyük xidmətlərinə görə Nəcəf Nəcəfovu ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edib.
Yasamal Rayon Polis İdarəsi cinayətkarların axtarışı ilə məşğuldur.
