Həkimlərin əməkhaqqlarının artırılması ilə bağlı qərardan sonra sosial şəbəkələrdə müəllimlərin də maaşlarının artırılması müzakirə olunur.
Ümumiyyətlə, son günlər müəllimlərin maaşının artırılması zərurəti vurğulanır və bu istiqamətdə müəyyən təkliflər səsləndilir. Ötənlərdə bu artımın şagirdlərin nəticələrinə uyğun müəyyənləşdirilməsi ilə bağlı təkliflər də gündəmə gəlib və cəmiyyətdə müzakirələrə səbəb olub. Azərbaycanda uzun illərdir şagirdlərin göstəricilərinin müəllimin fəaliyyətinin nəticələrindən biri olduğu düşünülür. Ancaq müəllimin maaşının birbaşa şagird nəticələrinə bağlanması geniş yayılmış sistem deyil.
KONKRET.az xəbər verir ki, millət vəkili Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, şagirdlərin uğurlarına töhfə verən müəllimlərin əlavə ödənişlərlə stimullaşdırılması mümkündür.
Lakin deputatın sözlərinə görə, bütün müəllimlər heç də eyni cür dərs keçmirlər, şagirdlərlə eyni dərəcədə işləmirlər:
“Müəllimlərin əməkhaqqı məsələsində müəyyən sistem əsas götürülə bilər. Məsələn, müəllimin dərs dediyi şagirdlərin göstəricilərinə, onların uğurlarına görə, təhsil verənlərin maaşına əlavələr edilə bilər. Düşünürəm ki, bunu bir praktika kimi nəzərdən keçirə bilərik. Təbii ki, bunu hamıya tətbiq etmək mümkün deyil. Sonrakı mərhələdə başqa proseslər də gedə bilər. Dünyada da bənzər nümunələr var”.
Təhsil eksperti Ruslan Bayramov isə bildirib ki, imtahanların nəticəsi müəllimin əməyini tam əks etdirən göstərici deyil:
“İmtahan stressi, sualların çətinliyi və obyektivlik dərəcəsi, sinifdəki şagird sayı və onların fərdi hazırlıq səviyyəsi də yekun nəticəyə təsir göstərir. Sinifdə 20-30 şagirdin eyni nəticə göstərməməsi müəllimin ümumi ortalamasına da təsir göstərir. Yəni bu kimi vasitələrdən istifadə edərək, müəllimin əməyinin qiymətləndirilməsi real görünmür. Daha yaxşı olar ki, müəllimlər artıq motivasiya olunmuş formada siniflərə salınsınlar”.

Siz Allah qaxılın oturun yerinizdə.
Zatən Sizin əlinizdən millətə xeyirli heçnə gəlmir
Gözləyin ki onda müəllim tapacaqsız, elə zonalar, elə kəndlər var ki şagirdin bilik səviyyəsi aşağıdır və bu təkcə müəllimin dərs keçməyindən asılı deyil. Ailə uşağı sənəd alsın deyə məktəbə göndərir, əksəriyyəti bu sözü deyir, biri deyir mən oxumuram traktor sürəcəm başqa biri buna bənzər ayrı bir söz deyir amma birini öyrədirəm olimpiada fəal iştirak edir. İndi böyük əksəriyyət məndən asılı olmayan səbəblərdən oxumur. Günah mənimdir?Hələ üstəlik qarşılıqsız olaraq onları çağırıb əlavə dərs öyrədirik. Onsuzda yüksək bal, aşağı maaşla,öz vəsaitim hesabına kəndə gedib gəlirəm, əsəb pozmayın, yığışdırın bu söhbətləri. Deməli kimsə yaxşı oxuyan şagirdləri seçib yığacaq bir məktəbə yaxşı maaş alacaq, mən kəndə gedib gəlib, əziyyət çəkib ondan az maaş alacam. Üstəlik qat-qat pis şəraitdə dərs deyib. Onda mənə də şəhərdə o gözəl məktəblərdə iş versinlər…
1991-ci illə müqayisədə xəstə sayı 10000 dəfə artıb.Belə olanda həkimə pul düşmür…TƏBİB soyğunçu bir qurumdur.Yaxşı həkimlər özəl xəstəxanalarda varlanır, kasıb da sığortadan istifadə edə bilmir.Yaxşı olar ki,bütün həkimlər sertifikat almaq üçün mütləq günün 5 saatını dövlət xəstəxanasında əmək versin,TƏBİB də məsrəfləri qarşılasın.İldə 1000 manat pulumu bu soyğunçular sığortaya tutur.Bu yaxında xəstəmçün 6-7 min pulum çıxdı…guya cərraha nə verir ki, TƏBİB ?-Qəpik-quruş…
60+ yaş həddi olduğundan sertifikasiyada iştirak etməyən müəllimin dərs yükü 30 bal toplamış müəllimə bərabər hesablanır,lakin 10% artım 60+ lara şamil edilmir.Sizcə ədalətsizlik deyilmi?
Deyirler ki 60 yas oldu gir sinifde bas qat
Bir neçə ildən sonra müəllim peşəsinə gedən olmayacaq. Qəbul statistikasına baxanda aydın görünür. Müəllim peşəsini hörmətdən saldılar.
Olkədə deyese bir muellim.yasayir birde hekim basqa hec kim yasamir ne dusunceyle inkisaf edirik dehsetdir
2gün bundan qabaq statistikaya baxdım, unilərdə müəllim yerləri xeyli sayda boş qalıb, bu il az uşaq müəllim olmaq istəyib. Səbəbin fikirləşin ki, bu qədər lazımsız imtahanlar mühasibələr nəyə lazımdır? Müəllim bilmir öz imtahanına hazırlaşsın yada uşağa dərs keçsin.Ox xahiş edirəm yığışdırın bu imtahanları, belə getsə məktəblər tamamilə boş qalacaq.
meqsed elemekdi guya savadli melimler saxlayirlar onsuz her ailede bir iki usaq var evvelki veziyyet yoxdu !getdi o dovrler indiki dovr mene ordan ne qazanc qalacaq dovrudur altda qalanin cami cixsin yuxaridaki savadsizlar belini qirir cammatin adice kentci meselerde yigilan meyve ile birtehirde olsa dolanirdi onuada bir miz qoyub cerime qoydular yezitdi bunlar
Mən bu fikirlə razılaşıram.37 ildirki,məktəbdə müəllim işləyirəm.28il mənim rəhbərliyimlə şagirdlərim rayon,şəhər,zona,respublika birinciliklərində qalıb və mükafatçılari sıralarinda yer tutublar.Müəlimin fənni sertifikasiyaya düşməyibki imtahan versin maaşı qaldırilsın.Müəllimə nə ad,nə medal,nədə kommunal şəraiti yaxşılaşdırilmayib.Həmin müəllim nə etməlidir?Bu təklif bəlkə bizə qarşı münasibətləri tərpədir.