Kolumbiyanın Baş Prokurorluğu Prezident Qustavo Petronun oğlunun korrupsiyada iştirakı ilə bağlı şayiələr fonunda istintaqa başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə yerli “El Tiempo” qəzeti məlumat yayıb.

“Qustavo Petronun oğlu dövlət qulluqçusu olduğu üçün ona qarşı dərhal araşdırma aparmağı əmr etdim. Biz müvafiq araşdırmalara başlayıb, qərar verməliyik”, – ölkənin baş prokuroru Marqarita Kabello deyib.
Qeyd olunub ki, bir müddət əvvəl ölkə rəhbərinin özü bu prosesə başlamaq üçün prokurorluqdan xahiş edib.
“Qardaşım Xuan Fernando Petro Urreqo və böyük oğlum Nikolas Petro Burqos haqqında ictimai rəydə dolaşan məlumatlarla əlaqədar, ölkənin baş prokurorundan bütün lazımi araşdırmaların aparılmasını xahiş edirəm”, – prezident tviterdə yazıb.
İqbal Rzayev,
KONKRET.az