Bu ölkədə qadınlar hərbi xidmətə cəlb ediləcəkbackend

Bu ölkədə qadınlar hərbi xidmətə cəlb ediləcək

Danimarka hökuməti məcburi hərbi xidməti qadınlara da şamil etmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” krallığın baş naziri Mette Frederiksenə istinadən yazır.

Jurnalistlər qeyd ediblər ki, eyni zamanda ölkə hakimiyyəti hərbi xidmət müddətini 11 aya qədər uzatmaq istəyir. Nəşr dəqiqləşdirir ki, hazırda çağırışçılardan dörd ay xidmət keçmək tələb olunur.

Bundan əlavə, Danimarka rəhbərliyi ümumilikdə çağırışçıların sayını artırmağı planlaşdırır. Rəsmi statistikaya əsasən, hazırda Danimarka Silahlı Qüvvələrində 4,7 minə yaxın vətəndaş məcburi xidmətdədir. Hökumət başçısının sözlərinə görə, Kopenhagen onların sayını ən azı beş min nəfərə çatdırmağı hədəfləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*