Tunisdə son illərdə yaşanan quraqlıq səbəbiylə sudan istifadəyə müvəqqəti məhdudiyyət qoyulub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avtomobillərin yuyulması, yaşıllıqların suvarılması və küçələrin şəbəkə suyu ilə təmizlənməsi qadağan edilib. Qaydaları pozanlar cərimə olunacaq.
Açıqlamada qeyd olunub ki, sudan istifadəyə qoyulan məhdudiyyət sentyabrın 30-dək davam edəcək.
Digər tərəfdən, dövlətə məxsus Tunis Su Paylayıcı Şirkəti (SONADE) tərəfindən verilən yazılı açıqlamada bildirilib ki, quraqlıqla mübarizə çərçivəsində suyun verilməsi müəyyən saatlarda dayandırılacaq.
İqbal Rzayev,
KONKRET.az