Belarusda yaşı yüzdən yuxarı olan 382 insan yaşayır.
KONKRET.az xəbər verir ki, bunu Belarusun Əmək və Sosial Müdafiə naziri İrina Kosteviç bildirib.
Onun sözlərinə görə, yaşı yüzdən yuxarı olanların 68-i paytaxt Minskdə yaşayır.
Nazir qeyd edib ki, dövlət yaşlı insanların həyat tərzini yüksəltmək üçün lazımi işlər həyata keçirir.
“Hazırda Belarusda İkinci Dünya müharibəsi iştirakçısı olan 5,5 min nəfər yaşayır”, – deyə İrina Kosteviç bildirib.
Modern.az
