Bu ölkədən Azərbaycana tur səyahətlərinə tələbat kəskin ARTDIbackend

Bu ölkədən Azərbaycana tur səyahətlərinə tələbat kəskin ARTDI

Rusiyada Azərbaycana turlara tələbat nəzərəçarpacaq dərəcədə artıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda COVID-19 pandemiyası məhdudiyyətlərinin aradan qaldırılması ölkəyə tur səyahətlərinə böyük tələbat yaradıb.

Məlumatlara görə, məhdudiyyətlərin götürülməsindən sonra sifarişlərin sayı ay ərzində ümumi sayın 75%-ni təşkil edib.

Belə ki, müraciətlərin əksəriyyəti may bayramlarına düşür və turistlər əsasən Azərbaycanın görməli yerlərinə səyahətlərlə maraqlanır.

“Turoperatorlar ölkəyə girişlə bağlı məhdudiyyətlərin ləğv edilməsindən sonra may bayramları da daxil olmaqla, Azərbaycana turlara tələbatın nəzərəçarpacaq dərəcədə artdığını qeyd edirlər”, – məlumatda deyilir.

Proqnozlara görə, yay yaxınlaşdıqca ölkəyə turlara tələbat daha da artacaq, çünki turistlər dənizkənarı tətilləri olan turlara müraciət edəcəklər.

Mütəxəssislər aprelin sonunda Bakıda “Formula 1” yarışının keçiriləcəyini xatırladaraq bildiriblər ki, bu da tur qiymətlərinin artmasına və otellərdə yerlərin sayının azalmasına səbəb olacaq.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*