Sentyabrın əvvəlində Rusiya, Azərbaycan, İran və Qazaxıstan Xəzərdə hərbi təlimlər keçirəcək.
KONKRET.az xəbər verir ki, Xəzərdə tez-tez hərbi təlimlər keçirilir və qonşu dövlətlərlə birlikdə donanma hazırlıqları nümayiş etdirilir.
Bu dəfə isə Xəzəryanı dövlətlər, yəni Rusiya, Azərbaycan, İran və Qazaxıstan Xəzərdə hərbi təlimlər keçirməyi planlaşdırır.
Hərbi təlimlərin miqyası və neçə gün davam edəcəyi haqda hələlik məlumat verilmir.
