Zelenski İsveçin Baş naziri ilə görüşdü – YENİLƏNİBbackend

Zelenski İsveçin Baş naziri ilə görüşdü - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə ilk dəfə səfər edən İsveçin Baş naziri Maqdalena Anderssonla görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb.

Bildirilib ki, Zelenski ukraynalılarla həmrəylik nümayiş etdirdiyinə və gələcəkdə Avropa İttifaqına tam üzv olmaq istiqamətində dəstəyinə görə Anderssona təşəkkür edib.

Qeyd edək ki, M.Andersson artıq Rusiyanın nəzarətində olan Buça və Borodyankaya səfər edib.

20:17

İsveçin baş naziri Maqdalena Andersson Kiyev vilayətində Buça və Borodyankaya səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə Kiyev regional hərbi administrasiyasının rəhbəri Aleksiy Kuleba məlumat verib.

Nümayəndə heyəti Buça şəhərindəki Müqəddəs Endryu kilsəsinin yaxınlığında ruslar tərəfindən öldürülən və işgəncələrə məruz qalan insanların kütləvi məzarlığını ziyarət edib.

Andersson qeyd edib ki, Ukrayna prezidenti Zelenskinin ukraynalıların təkcə Ukrayna üçün deyil, sivil dünya və demokratik dəyərlər uğrunda mübarzə apardıqları barədə sözləri mütləq həqiqətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*