Bu qeyri-adi ilan Bakının daş karxanalarının birində çəkilib – FOTObackend

Bu qeyri-adi ilan Bakının daş karxanalarının birində çəkilib - FOTO

Namiq Ağa özünün Facebook profilində çox uzun ilan şəkili paylaşıb. Əməkdaşımızla söhbətində Namiq müəllim bildirib ki, ilan fəhlələrdən biri tərəfindən Gülbaxt daş karxanasında çəkilib. Sosial şəbəkədə böyük maraq oyadan ilanın hansı növə aid olması ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Ələddin Əsgərov adlı sosial şəbəkə istifadəçisi vurğulayıb ki, əsasən o tərəflərdə Qafqaz gürzəsi çox olur. Lakin ilanın çox uzun olması bu iddiaları əsassız edir. Coşqun Məlikov isə qeyd edib ki, bu Talxa ilanına bənzəyir. Qeyd edək ki, Talxa ilanı sarı və qara xalları olur. Namiq Ağa isə sürünənin səhra ilanı olduğunu deyir.

MÜŞFİQ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*