Azərbaycan dilinin qorunması dövlətçilik ənənələrimizin və milli kimliyimizin əsas dayaqlarından biri kimi xüsusi önəm daşıyır. Prezident İlham Əliyev də dəfələrlə ana dilinin saflığının qorunmasının vacibliyini vurğulayıb, dövlət qurumlarında dilimizə laqeyd yanaşmanın yolverilməz olduğunu bildirib. Lakin təəssüf ki, bəzi dövlət qurumlarında bu tələbə zidd fəaliyyət göstərildiyi ilə bağlı narahatlıq doğuran məlumatlar yayılır.
KONKRET.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə və ictimaiyyətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİN) ingilis dili bilməyən əməkdaşların kütləvi şəkildə işdən azad edildiyi, işə qəbul zamanı Azərbaycan dili ilə bağlı tələblərin gözardı edildiyi, rəhbərlik tərəfindən ingilis dilinə üstünlük verildiyi iddia olunur. Məlumatlara görə, bu tendensiyadan ən çox zərər görən orta və yaşlı nəsil nümayəndələridir.
İddialara əsasən, nazirlikdə bəzi rəhbər şəxslər peşəkar və təcrübəli əməkdaşları işdən uzaqlaşdıraraq onların yerinə yaxınlarını yerləşdirir, buna uyğun ştat boşluqları yaradılır. Həmçinin rəsmi yazışmalarda Azərbaycan dilinin yerini getdikcə ingilis dilinin tutduğu, bəzi terminlərin süni şəkildə ingiliscədən gətirildiyi qeyd olunur.
Məsələ ilə bağlı KONKRET.az-ın sorğusuna Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən cavab verilib.
1. İngilis dili bilməyənlərin işdən azad edilməsi iddiası
Nazirlik yayılan məlumatları təkzib edib:
“İngilis dilini bilməyən əməkdaşların işdən azad edilməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. İşə qəbul prosesi yalnız “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq, mərkəzləşdirilmiş mexanizm vasitəsilə həyata keçirilir. İngilis dili yalnız vəzifənin funksional tələbindən irəli gəldiyi halda əlavə üstünlük kimi nəzərə alına bilər, lakin əsas meyar deyil. Azərbaycan dili biliyi isə dövlət qulluğu üçün əsas və məcburi tələblərdəndir.”
2. Kütləvi ixtisarlarla bağlı məlumatlar
Nazirlik kütləvi ixtisarların aparılması barədə iddiaları da rədd edib:
“Hazırda Nazirlikdə heç bir ixtisar aparılmır.”
3. Təcrübəli əməkdaşların işdən uzaqlaşdırılması və yaxınların yerləşdirilməsi iddiası
RİN bu məlumatların həqiqəti əks etdirmədiyini bildirir:
“Kadrların işə qəbulu qanunvericiliyə uyğun olaraq, şəffaf mexanizmlərlə – müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Ştat vahidləri isə yalnız Nazirlər Kabinetinin təsdiq etdiyi struktur sənədlərinə əsasən müəyyən edilir.”
4. Rəsmi yazışmalarda ingilis dilinin Azərbaycan dilini əvəz etməsi
Nazirlik bu iddianı da təkzib edib:
“Bütün daxili və ölkə üzrə rəsmi yazışmalar Azərbaycan dilində aparılır. Beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklərlə yazışmalar isə qanuna uyğun olaraq Azərbaycan dilində və ya müvafiq xarici dildə, Azərbaycan dilinə tərcümə olunmaqla həyata keçirilir.”
5. Dil siyasəti və Prezidentin çağırışları fonunda görülən işlər
RİN bildirir ki, dilə nəzarət xüsusi qaydada aparılır:
“Hazırlanan bütün sənədlərin dövlət dilinin norma və qaydalarına uyğunluğu ciddi şəkildə yoxlanılır. Terminoloji dəqiqlik və üslub bütövlüyü təmin edilir.”
Müşviq Tofiqoğlu
KONKRET.az

Rəqəmsa İnkişaf Nazirliyində ixtisarlar 2021-ci ildən bu yana kütləvi aparılıb və aparılır.
Təkcə Teleradio İstehsalat Birliyinin tabeliyində olan bütün(!) stansiyalardan işçilər, hansı ki, əmək haqqı okladları(hələ minimum əmək haqqı qalxmamışdan və qalxandan sonra da) 390-430 manat olan işçilərə zorla-ərizə yazdırılaraq işdən uzaqlaşdırılıb, əvəzində Teleradio İ.B-nə 1700-2000 manata ehtiyac olmadan belə işçilər götürülüb. Yoxlaıla bilər. Bu barədə nazir Rəşad Nəbiyevə şikayıt də ünvanlamışam (məktubların surəti piçtumda durur), lakin əhəmiyyət verməyib. Çünki, bu işləri onun qohumu deyilən, Teleradio İ.B-nə Baş direktorun müavini vızifəsinə göndırdiyi, özünün müşaviri olmuş Rəşad Əliyev icra edib. Bu həmin Rəşad Əliyevdir ki, qısa müddətdə Teleeadio İ.B-dən taladığı vəsait hesabına Badamdar qəsəbəsindən dəyəri hamıya məlum olan binalardan mənzillər də əldə etmişdir. Rəşad Nəbiyev müşaviri olmuş Rəşad Əliyevin sonradan Teleradio İ.B-də törətdiyi böyuk məbləğdə yeyintini ört-basdır etmək üçün onu digər sahəyə işə yollamış, zənn edir ki, bu işlər unudulacaq. Amma yox…
Bu gün də Rəşad Nəbiyevin dost-tanış, qohum-qardaş mafiyası rabitəmizi məhf edib.
Bu nazirliyin əməlləri barəsində müvafik orqanlara nüraciyətlər də hazırlamışam.
Ramiz Məmmədov.
Göyçay Radio-Televiziya Stansiyasının mühəndisi, Əmək Veteranı.
Əlaqə nömrəm:-050-367-08-99.