Bu rayonda 12500 abonent qazsız qaldıbackend

Bu rayonda 12500 abonent qazsız qaldı

Şəkidə bəzi ərazilərdə qazın verilişində fasilə yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində Şəki rayonu ərazisində M.Ə.Rəsulzadə pr-da Avtoyolservis MMC-nin işçiləri tərəfindən təmir-tikinti işləri aparılarkən PE-110 mm-lik orta təzyiqli qaz xəttinin zədələnməsi ilə əlaqədar olaraq 05.03.2026-cı il tarixdə saat 17:10-dan etibarən Şəki şəhər ərazisinin bir hissəsində cəmi 12500 abonentin qaz təchizatı daxildən dayandırılıb.

Təmir işləri aparıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*