Bu rayonun bir hissəsində su olmayacaqbackend

Bu rayonun bir hissəsində su olmayacaq

Gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə, “Azərsu” ASC-dən məlumat verilib.

Belə ki, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar rayonun Lütfi-zadə (keçmiş Telnov), Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov, Nəsirəddin Tusi küçələrinə, həmçinin, Gəncə prospekti və Seyid Əzim Şirvani küçəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*