Bu regionda 4 məktəb binası yenidən tikiləcək – RƏSMİbackend

Bu regionda 4 məktəb binası yenidən tikiləcək - RƏSMİ

Yeni tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 məktəb binasının sökülərək yenidən tikilməsi, 90-dan çox təhsil müəssisəsində isə təmir işlərinin aparılması nəzərdə tutulur.

KONKRET.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, son iki ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 100-də çox məktəbdə cari, 1-də əsaslı təmir işləri aparılıb, 8 müəssisə binası sökülərək yenidən tikilib.

Regional Təhsil İdarəsindən verilən məlumata görə, təhsil müəssisələrinin təmir, eləcə də tikintisi növbəlilik və prioritetlik əsasında həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*