Noyabrın 22-dən etibarən Kosovo höküməti Serbiya avtomobil nömrələrinin sahiblərini cərimələməyə başlayacaq.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Kosovo polisinin bəyanatında deyilir:
“Noyabrın 22-dən etibarən, rəsmi qərara əsasən, Kosovo ərazisindən bu cür qeyri-qanuni dövlət nömrə nişanları ilə hərəkət edən bütün nəqliyyat vasitələrinin sahibləri polis tərəfindən cərimələnəcək”.
Polisin məlumatına görə, Serbiya nömrələrindən istifadəyə görə 1700-dən çox cərimə yazılıb. Cərimənin məbləği 150 avrodur.
Qeyd edək ki, Noyabrın 1-də Kosovoda Serb nömrələrinə qoyulan qadağa rəsmi olaraq qüvvəyə minib. Noyabrın 21-də Brüsseldə Serbiya və Kosovo höküməti bu məsələni yenidən müzakirə etməlidir. 2023-cü il aprelin 21-dən sonra Kosovo belə nömrələri olan avtomobilləri müsadirə edəcək.
İqbal Rzayev,
KONKRET.az